"Barselona", "Atalanta" və "Lion" səfərdə 1:1 etdi, şotlandlar yenildi – AL-dan VİDEOLAR

8 Aprel 2022 01:10 Avropa Liqası 755
"Barselona", "Atalanta" və "Lion" səfərdə 1:1 etdi, şotlandlar yenildi – AL-dan VİDEOLAR

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Barselona" Almaniyada "Ayntraxt"la bərabərə qalıb - 1:1.

Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.

İngiltərədə "Vest Hem" və Fransa "Lion"u arasındakı oyunda da qalib müəyyənləşməyib. Yeganə qələbəni Portuqaliya "Braqa"sı evdə qazanıb. Meydan sahibləri Şotlandiya "Reyncers"ini məğlub ediblər.

"Leyptsiq" Almaniyada "Atalanta"sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Ansqar Knauff, 48 - Ferran Torres, 66

Qırmızı vərəqə: Tuta, 78 ("Ayntraxt")

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1

Qollar: Carrod Bouen, 52 - Tanqi Ndombele, 66

Qırmızı vərəqə: Aaron Kressuell, 45+3 ("Vest Hem")

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Abel Ruis, 40

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”