Dava-dalaşlı Avroliqa matçıyla bağlı intizam işi açıldı

20 Mart 2021 15:20 Avropa Liqası 560
Dava-dalaşlı Avroliqa matçıyla bağlı intizam işi açıldı

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Reyncers” (Şotlandiya) – “Slaviya” (Praqa, Çexiya) matçıyla bağlı intizam işi açılıb.

Sportinfo.az xəbər verir ki, “Slaviya”nın futbolçusu Ondrey Kudelanın “Reyncers”dən Qlen Kamaraya qarşı irqçi ifadələr işlətdiyi iddia olunur.

Matç zamanı futbolçular arasında qalmaqal yaşanmışdı. UEFA sözügedən məsələ ilə bağlı intizam işi açıb.

“Slaviya” iki oyunun nəticəsinə görə (ilk oyun 1:1, cavab matçı 2:0) “Reyncers”i Avropla Liqasından kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti