Uzun illər Azərbaycanda oynamış, hazırda Tailandda - "Banqkok Yunayted"də çıxış edən Felipe Santos sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Benin millisinin üzvü olan vinger Azərbaycanda qalmaq istəyib:
"Yeni çağırışdan çox məmnunam. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Uzun illər Azərbaycanda oynadım.
Həqiqətən inanılmaz illər idi. Təəssüf ki, Azərbaycanda qalmaq alınmadı, amma bunu çox istəyirdim.
Azərbaycanda klub məşqçilərinin bəzilərinin düşüncə tərzi doğru deyil. Çünki onlar artıq ölkədə uyğunlaşmış və uğurlu olan oyunçulara dəyər vermirlər.
Azərbaycanda keçirdiyim vaxta görə hamıya minnətdaram. İndi Taylandda oynayram.
Burada da ən yaxşısını verməyə çalışacam. Necə ki, bunu Azərbaycanda edirdim".
