“Artıq uzun ötürmələrə yox, qısa ötürmələrlə sürətli oyuna üstünlük veririk”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın bosniyalı legioneri Miço Kuzmanoviç deyib.
Balkanlı yarımmüdafiəçi “Elmar Baxşıyev komandaya yeni nə gətirib” sualına cavabında bunları söyləyib:
“İlk növbədə yeni enerji deyə bilərəm. Daha sonra təcrübəli futbolçuları dəvət edib.
Bəli, müəyyən anlarda bizim üçün çətin olur, yoruluruq. Amma məzmunlu oyun hər birimizə zövq verir”.