Azərbaycan Ordusu irəliləyir, Şuşaya 40 km qaldı - Azıx mağarası da azad edilir

15 Oktyabr 2020 23:20 Araşdırma 1 967
Azərbaycan Ordusu irəliləyir, Şuşaya 40 km qaldı - Azıx mağarası da azad edilir

“Xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb.

Bu gün elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb.

Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km. qalır”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, qeyd edib ki, Azərbaycan ordusu Tuğ kəndini alandan sonra Azıx mağarasını da götürəcək:

“Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm. Müzəffər ordumuzun sayəsində tezliklə yeni və böyük şad xəbərlər alacagıq. Allah rəşadətli əsgər, qəhrəman zabitlərimizi qorusun, qalibiyyətə aparan yollarını açıq və aydın etsin. Dualarımızı əsirgəməyək!".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var