Azərbaycanda yaxşı puldan imtina edən futbolçu var - ADINI EŞİDİN...

26 İyun 21:20 Araşdırma 834
Azərbaycanda yaxşı puldan imtina edən futbolçu var - ADINI EŞİDİN...

Növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq “Turan Tovuz” hələ ki, yalnız bir futbolçunun keçidini həll edib.

Geniş siyahıda yerli və əcnəbi futbolçuların sayı kifayət qədərdir.

Onlardan biri də Rüfət Abdullazadədir.

Bölgə təmsilçisi Rüfəti rənglərinə bağlamaq üçün futbolçunun məxsus olduğu kluba – “Səbail”ə müraciət edib.

Hətta transferin baş tutması ilə bağlı müəyyən məbləğ də ödəməyə hazırdır. Təki baş məşqçi Kurban Berdıyevin göz qoyduğu azərbaycanlı ilə müqavilə bağlansın.

Lakin Abdullazadə keçidə isti yanaşmır. İmtina “Turan Tovuz”la, yaxud hansısa şəxslə bağlı deyil. Halbuki, futbolçuya təklif olunan illik məvacibi də normal hesab etmək olar.

İş burasındadır ki, son iki mövsümdə parlaq oyun göstərən cinah yarımmüdafiəçisi karyerasını ölkə xaricində davam etdirmək istəyir.

Türkiyədən və başqa ölkələrdən özünə olan maraqdan xəbərdar olduğundan, arzusunun baş tutacağına inannır. Ona görə də tələsmir, legioner həyatı yaşamaq üçün riskə gedərək səbr etmək yolunu tutub.

Rüfət Abdullazadə 2023-2025-ci illər aralığında “Səbail”in heyətində 75 oyunda meydana çıxmaqla 15 qol vurub, 14 qolun ötürməsini verib.

Onun “dənizçilər”lə sözləşməsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu