Dünyada “Real” və Ronaldo, bəs bizdə? – Azərbaycanın məşhurları

24 İyun 20:00 Araşdırma 529
Dünyada “Real” və Ronaldo, bəs bizdə? – Azərbaycanın məşhurları

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Texnologiyanın sürətlə inkişaf etdiyi son illərdə insanları telefon və bilgisayarsız təsəvvür etmək mümkün deyil.

Tanınmış simalar isə bu mənada daha çox aktivlik nümayiş etdirir. Az qala hər dəqiqələrini izləyicilərinə təqdim etməklə gündəmdə qalmağa çalışırlar.

Ən populyar platforma sayılan “instagram”a diqqət yetirsək, dünyanın ən çox izlənən klubu “Real Madrid” (176 milyon nəfər), ən çox diqqət mərkəzində olan futbolçu isə 658 milyon izləyiciyə sahib Kriştiano Ronaldodur. Dünya ulduzu Lionel Messini diqqətdə saxlayanların sayı isə 505 milyon nəfərdir.

Bəs, Azərbaycan futbolunda vəziyyət necədir? Hansı klub və futbolçu digərlərini qabaqlayır?

“Qarabağ”ın əlçatmaz olmasının başlıca səbəbi avrokuboklarda göstərdiyi nəticələrdir. Ağdam təmsilçisini təkcə yerli futbolsevərlər yox, Avropadakı rəqibləri və onların azarkeşləri də izləyir. “Qarabağ” 1 milyon izləyici yığa bilməsə də, təxminən buna yaxın rəqəmdir – 724 min nəfər.

“Neftçi” 124 min izləyici ilə ikincidir.

Futbolçuların siyahısına Mahir Emreli başçılıq edir. Mahirin legioner həyatı yaşaması, son 4 ildə Polşa, Türkiyə, Xorvatiya və Almaniya klublarının şərəfini qoruması izləyici rəqəminə öz təsirini göstərib. Müəyyən vaxtlarda adının qalmaqallarda hallanması, qəlyan həvəskarı kimi azarkeşlərin qəzəbinə tuş gəlməsi də izləyicilərinin sayının artmasına səbəb olub. Hazırda 115 min adam Emrelinin “instagram” paylaşımlarını gözdən qaçırmamağa çalışır.

Siyahıda Mahirdən sonra yer alan Azərbaycan millisinin üzvlərinin göstəriciləri belədir:

Şahruddin Məhəmmədəliyev – 80100 izləyici

Renat Dadaşov - 60800

Toral Bayramov – 61600

Elvin Cəfərquliyev - 55000

Emin Mahmudov – 32900

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!