Məşhur azərbaycanlı hücumçu erməni ilə komanda yoldaşı olacaq?

20:00 Araşdırma 584
Məşhur azərbaycanlı hücumçu erməni ilə komanda yoldaşı olacaq?

“Nürnberq”dən ayrılan Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçunun “Kayzerslautern”lə 3 illik anlaşdığı deyilir.

Xəbər rəsmi təsdiqini tapsa, Mahir erməni ilə komanda yoldaşı ola bilər.

İş burasındadır ki, Kayzerslautern şəhərinin eyniadlı təmsilçisi bu ilin yanvarında Qrant-Leon Ranos adlı erməni hücumçunu Münxenqladbax “Borussiya”sından bu ayın sonuna qədər icarəyə götürüb.

Ermənistan millisinin 21 yaşlı üzvü “Kayzerslautern”in heyətində meydana çıxdığı 5 oyunda cəmi 55 dəqiqə meydanda olub.

“Qırmızı-ağlar” onunla icarə müqaviləsini uzatsa, ya da “Borussiya”dan transfer etsə, Mahir erməni ilə eyni komandanın uğurları üçün tər tökmək məcburiyyətində qalacaq.

Maraq üçün bildirək ki, səbəbkar Almaniyada doğulsa da, atası əslən Ermənistandandır və Yeranosyan soyadını daşıyır.

O, 2023-cü ildən dəvət aldığı Ermənistan yığmasında 17 oyunda meydana çıxmaqla 4 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti