Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

21 İyun 08:00 Araşdırma 2 076
Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu