UEFA "Zirə" və "Araz”ı “səpələmədi”, potensial rəqiblərin sıraları seyrəldi

13:20 Araşdırma 604
UEFA "Zirə" və "Araz”ı “səpələmədi”, potensial rəqiblərin sıraları seyrəldi

"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Həm "Zirə", həm də Naxçıvan təmsilçisi səpələnməmişlər sırasında yer alıb.

Üçüncü qrupda qərarlaşan Bakı klubunun potensial rəqibləri "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), "DAK 1904" (Slovakiya) komandalarından biri və ya AEK (Larnaka, Yunanıstan) - "Partizan" (Serbiya) cütünün qalibi olacaq.

Doqquzuncu qrupda yer alan "Araz-Naxçıvan" isə "Başakşehir" (Türkiyə), "Omoniya" (Kipr), "Aris" (Yunanıstan) və "Beytar" (Qüds, İsrail) komandalarından biri ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Sele" (Sloveniya) matçında məğlub olacaq tərəfin potensial rəqibləri arasında "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Universitatya" (Rumıniya) komandaları, həmçinin "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) və "Atletik Eskalades" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütləri yer alıb.

Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti