
Naxçıvan Televiziyası «Bakı» və «Neftçi»nin baş məşqçisi olmuş Böyükağa Hacıyev barədə sənədli film hazırlayıb.
Burada onun futbolçu və məşqçi karyerasından geniş bəhs olunub.
Dünyaya göz açdığı, futbolda ilk addımlarını atdığı bölgədə «Zəif» ləqəbi ilə tanınan, «Neftçi»yə gələndən sonra «Böyük» kimi özünü isbatlayan mütəxəssisin həyatda və futbol sferasında qazandığı uğurlardan danışılıb.
2018-ci ilin martında 60 yahında gözlərini əbədi yuman çalışdırıcının xanımı, oğlu, keçmiş komanda yoldaşları, futbolçuları və digər şəxslər onunla bağlı maraqlı xatirələrini bölüşüb.
B.Hacıyev «Bakı» və «Neftçi» ilə üst-üstə 3 dəfə Azərbaycan çempionu olub. İki dəfə ölkə kubokunu qazanıb.
O, həmçinin avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubunun («Neftçi») baş məşqçisi kimi adını tarixə yazdırıb.
SPORTİNFOAZ