COP29

UEFA Norveçə “səliqəli texnik” göndərdi - “Qarabağ” üçün

7 Noyabr 20:20 Araşdırma 2 317
UEFA Norveçə “səliqəli texnik” göndərdi - “Qarabağ” üçün

Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Luiş Qodinyo idarə edəcək. Ona Ruy Teyşeyra və Pedru Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək.

Əsas işi şirkətdə əməliyyat texniki olan 38 yaşlı referi Portuqaliyanın yüksək dəstə oyunlarına 2015-ci ildən təyinat almağa başlayıb. Bundan 2 il sonra isə yaxasında FİFA-nın emblemini yapışdırıb.

O, bu müddətdə avrokuboklarda 17 oyun idarə edib. Əsas milli komandalar çərçivəsində isə 7 dəfə əsas söz sahibinə çevrilib.

Qodinyonu həmkarlarından fərqləndirən cəhət sərt qərarlardan uzaq durmasıdır. Təsəvvür edin, idarə etdiyi 24 beynəlxalq qarşılaşmada cəmi 2 dəfə qırmızı vərəqəyə əl atıb.

Bu hakim indiyə qədər bir dəfə də olsun Azərbaycana səfər etməyib. Ümumiyyətlə, milli və klub çərçivəsində təmsilçilərimizin iştirakçısı olduğu oyunların heç birinə təyinat almayıb. Heç “Budyo Qlimt” üçün də tanış sima deyil.

Bu axşam “Aspmira” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti