Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – FOTO

6 Mart 2023 12:50 Araşdırma 629
Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – FOTO

Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycan MN şəhidimiz barədə hər hansı açıqlama yaymasa da, erməni mediası 3 zabitinin məhv edildiyini, birinin yaralandığını bildirib.

Erməni separatçı-terrorçuların Xankəndiyə silah daşıdığı yolun xəritəsini təqdim edirik:

photo_2023-03-05_14-27-58.jpg (72 KB)

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?