Azərbaycanda fəaliyyətini bərpa edən klubun arxasında indi kim dayanır?

26 Fevral 2023 20:00 Araşdırma 1 803
Azərbaycanda fəaliyyətini bərpa edən klubun arxasında indi kim dayanır?

Azərbaycanda 18 öncə bağlanmış klub fəaliyyətini bugünlərdə bərpa edib.

Söhbət “Şəfa”dan gedir.

“Şəfa” 1997-ci ildə Bakı şəhərində yaradılıb. Müxtəlif vaxtlarda U-18 və “Şəfa” adları ilə 8 dəfə yüksək liqada iştirak edib.

2001-ci ildə Azərbaycan Kubokunun qalibi olub. Həmin ildə UEFA Kubokunda mübarizə aparıb. Artıq “Şəfa” fəaliyyətini yeni imicdə, yeni loqo və konseptdə davam etdirir.

2005-ci ildə tarixin yaddaşına qovuşan klubun 18 ildən sonra bərpa olunması maraqla qarşılanıb. Çoxları bu sual ətrafında baş sındırır - “Şəfa”nın arxasında kim dayanır?

Klubun sahibi kimdir və haradan maliyyələşəcək?

“Şəfa”nın əlaqələndiricisi Tural Rzayev Sportinfo.az-a bu haqda açıqlama verib:

“İnşaat sektorunda fəaliyyət göstərən “Agah group” var. Klub şirkətin rəhbərləri tərəfindən maliyyələşəcək.

Yaxın vaxtlar üçün maliyyə xərclərini “Agah group” qarşılayacaq. Növbəti illərdə isə Azərbaycan futbolunun inkişafına töhfə vermək üçün əlavə sponsorlar da cəlb olunacaq.

Özünüz də bilirsiz ki, peşəkar klubu saxlamaq və inkişaf etdirmək üçün böyük vəsait tələb olunur. Biz bu istiqamətdə işimizi görürük“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti