Bundesliqa klubu Azərbaycan millisini “təkrarladı”

20 Fevral 2023 22:40 Araşdırma 1 389
Bundesliqa klubu Azərbaycan millisini “təkrarladı”

Almaniya Bundesliqasında maraqlı statistika qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, "Şalke" ardıcıl 4 oyundur qolsuz heç-heçə edir.

Komandanın son olaraq ötən gün "Union Berlin"lə matçı 0:0 hesabı ilə başa çatıb. Tomas Raysın çalışdırdığı kollektiv bundan əvvəl "Köln", "Borussiya" (Münhenqladbax) və "Volfsburq"la qolsuz heç-heçə edib.

"Opta"nın məlumatına görə, bu, Bundesliqa tarixində ən uzun qolsuz heç-heçə seriyasıdır.

Azərbaycan millisi 2020-ci ildə keçirdiyi ardıcıl 4 oyunda rəqibləri ilə qolsuz heç-heç etmişdi.

Yığmamız Kipr, Sloveniya, Monteneqro və Lüksemburqla sülh bağlamışdı. Bu, Azərbaycan millisinin tarixində ən uzun qolsuz seriyası idi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?