Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılar - Axtarışları davam edir

17 Fevral 2023 15:30 Araşdırma 671
Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılar - Axtarışları davam edir

Türkiyədə zəlzələ bölgəsində 9 azərbaycanlının axtarışları davam edir. İndiyədək onlardan hər hansı məlumat alına bilmir”.

Bunu “qafqazinfo”nun sorğusuna cavab olaraq, Xaici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, indiyədək 10 azərbaycanlının zəlzələdə həlak olması rəsmən təsdiqlənib.

XİN rəsmisi eyni zamanda, müraciətlər daxil olduqca təxliyə prosesinin davam etdiriləciyini vurğulayıb: “Ümumilikdə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilən vətəndaşların sayı 513 nəfərdir”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?