FİFA-nın 3 illik qazancı 7,6 milyard dollar oldu - REKORD GƏLİR!

15 Fevral 2023 15:20 Araşdırma 553
FİFA-nın 3 illik qazancı 7,6 milyard dollar oldu - REKORD GƏLİR!

FİFA 2019-cu ildən 2022-ci ilə qədər olan müddətdə rekord məbləğdə gəlir əldə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun 2022-ci il üçün açıqladığı hesabatda özünü göstərib.

FİFA-nın 3 illik qazancı 7,6 milyard dollar təşkil edib.

Qurumun prezidenti Canni İnfantino deyib ki, bu, güclü maliyyə şəffaflığının nəticəsi və futbolu qloballaşdırmaq üçün göstərilən səylərin sübutudur.

Hesabatda 2023-2026-cı illərdə FİFA-nın gəlirinin 11 milyard dollar olacağı proqnozlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?