Dünyanın ən dəyərli 10 gənc futbolçusunun adı - SİYAHI

13 Fevral 2023 15:40 Araşdırma 698
Dünyanın ən dəyərli 10 gənc futbolçusunun adı - SİYAHI

Dünyanın ən dəyərli 10 gənc futbolçusunun adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Oddspedia” statistika şirkətinin hazırladığı və 20 yaşa qədər oyunçuların yer aldığı siyahıya “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Çud Bellingem liderlik edir.

Onun transfer qiyməti 110 milyon avroya bərabər göstərilib.

İkinci yerdəki oyunçu da Almaniyada çıxış edir. Bu, “Bayern”in yarımmüdafiəçisi Camal Musialadır.

“Barselona”nın yarımmüdafiəçisi Pedri ilk üçlüyü tamamlayır.

1. Çud Bellingem (İngiltərə / “Borussiya” (Dortmund) – 110 milyon avro

2. Camal Musiala (Almaniya / “Bayern”) – 100 milyon

3. Qavi (İspaniya / “Barselona”) – 90 milyon

4. Florian Virts (Almaniya, “Bayer”) – 70 milyon

5. Harvi Elliott (İngiltərə / “Liverpul”) – 35 milyon

6. Yussufa Mukoko (Almaniya / “Borussiya” (Dortmund) – 30 milyon

7. Romeo Lavia (Belçika / “Sauthempton”) – 25 milyon

8-10. Endrik Felipe (Braziliya / “Palmeyras”) – 20 milyon

Matis Tel (Fransa / “Bayern”) – 20 milyon

Benjamin Şeşko (Sloveniya / “Zalsburq”) – 20 milyon

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?