“Səbail”, “Qəbələ” və “Sabah”ı cəza/cərimə kəsildi

10 Fevral 2023 22:40 Araşdırma 555
“Səbail”, “Qəbələ” və “Sabah”ı cəza/cərimə kəsildi

“Sabah”ın ispaniyalı legioneri Con İrasabal və “Səbail”in kapitanı Rahid Əmirquliyevin cəzası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi Premyer Liqanın XXI turunda keçirilən “Sabah” – “Səbail” matçında qırmızı vərəqə alan hər iki futbolçunu 1 oyunluq diskvalifikasiya edib.

Paytaxt klubları oyunçularının kobudluğuna görə 200 manat cərimə ödəməli olacaqlar.

“Zirə” ilə görüşdə 4 oyunçusu sarı vərəqə alan “Qəbələ” isə 800 manat cərimələnib.

“Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib, “Zirə” ilə “Qəbələ” qollu (2:2) heç-heçə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?