"Zəlzələ peyğəmbəri"ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq - VİDEO

9 Fevral 2023 12:30 Araşdırma 5 321
"Zəlzələ peyğəmbəri"ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq - VİDEO

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.

Qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Hoogerbeets bildirib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.

"Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm.

Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?