Ukrayna əsir aldığı 63 rusiyalı hərbçini qaytardı: Aralarında elələri var ki...

7 Fevral 2023 15:50 Araşdırma 377
Ukrayna əsir aldığı 63 rusiyalı hərbçini qaytardı: Aralarında elələri var ki...

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib, bu müddət ərzində Rusiya Silahlı Qüvvələrinin 63 hərbçisi vətənə qayıdıb.

Məlumata görə, mübadilə mürəkkəb danışıqlar prosesi nəticəsində təşkil olunub.

Nazirlik bildirib ki, hazırda bütün hərbi qulluqçular Rusiya Federasiyasının ərazisindədir.

Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Müdafiə Nazirliyi onu da açıqlayıb ki, “həssas kateqoriya”dan olan bəzi şəxslər də azad edilmiş hərbi əsirlər qrupuna düşüb.

Bu insanların kim olduğu, hələlik məlum deyil. Onlar haqqında məlumat verilmir, sadəcə qeyd edilir ki, bu şəxslərin mübadiləsi “BƏƏ rəhbərliyinin vasitəçilik səyləri sayəsində mümkün olub”.

Digər Xəbərlər
Xəbər Lenti