Azərbaycanın ən reytinqli idmançı qızı - ADLAR

5 Fevral 2023 01:00 Araşdırma 673
Azərbaycanın ən reytinqli idmançı qızı - ADLAR

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin fevralın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla liderlik edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

Digər Xəbərlər
Xəbər Lenti