Ermənistana casusluqda ittiham olunan şəxslə bağlı YENİ XƏBƏR

3 Fevral 2023 12:30 Araşdırma 886
Ermənistana casusluqda ittiham olunan şəxslə bağlı YENİ XƏBƏR

Bakıda Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunan Qəbələ rayon sakini Hacı Paşayevin məhkəməsi keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin xəstələndiyi bəlli olub.

Proses bu səbəbdən qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Hacı Paşayev 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıb. O, Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilir. Barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. İttihama görə, Hacı Paşayev 2016-cı ilin oktyabrında Kaimov Azər Şöhrətoviçin vasitəsi ilə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli əməkdaşlığa cəlb olunub. Ona etnik zəmində nifrət salınması istiqamətində tapşırıqlar verilib. Hacı Paşayev də “Facebook” hesabındakı paylaşımları vasitəsilə bu tapşırıqları icra edib. İstintaq sənədlərinə görə, həmin paylaşımlar etnik zəmində nifaq salmağa hesablanıb.

İstintaqın qənaətinə görə Hacı Paşayev dövlətə xəyanət, dövlət əleyhinə açıq çağırışlar, milli, dini, irqi zəmində ədavətlərin qızışdırılması kimi əməllər törətməyə cəhd göstərib.

Hacı Paşayev ittihamlar üzrə özünü təqsirli bilmir.

Həbsindən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılıb. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilənmdən sonra onu Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüblər. Müalicəsi başa çatandan sonra onun Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib. Ötən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxsə təcridxanada ittiham aktı təqdim edilsə də, o aktı qəbul etməyib. Təqsirləndirilən şəxs bildirib ki, ittiham aktı ilə tanış olmayıb və buna ehtiyac görmür: “Mən ittiham aktı ilə tanış olmaq istəmirəm. Çünki hazırda mən təcridxanada hansı maddə ilə saxlanıldığını deməmişəm. Təcridxanada saxlanılanlara başqa adla saxlanıldığını demişəm. Ona görə də mənə ittiham aktının verilməsinə ehtiyac yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"