Nüfuzlu Qərb nəşri Kremlin Qarabağ planını faş etdi

2 Fevral 2023 19:30 Araşdırma 916
Nüfuzlu Qərb nəşri Kremlin Qarabağ planını faş etdi

Moskvadan konkret təlimatla Qarabağa göndərildiyi şəkk-şübhə doğurmayan oliqarx-fırıldaqçı Ruben Vardanyan Bakının təzyiqlərinə rəğmən, dövlətimiz əleyhinə pozucu fəaliyyətini davam etdirir.

Verdiyi bütün müsahibələrdə özünü hansısa mifik qurumun karikatur “dövlət naziri” qismində təqdim edən bu julik-yaramaz zərrəcə utanc hissi keçirmədən kukla rejimi beynəlxalq hüququn subyekti kimi dünyaya sırımağa inadlı cəhdlər edir.

Ərazidəki erməniləri Bakıya qarşı aqressivləşdirmək üçün dəridən-qabıqdan çıxır. Çünki Moskva onu bölgəyə yollamamışdan öncə belə kodlaşdırıb - boynuna almasa da.

Kremlin sadiq “iti” srağagün Xankəndidə görüş keçirib və yenə Bakı tərəfə hürüb: “Əgər Azərbaycanın Artsaxı ermənisizləşdirmək planlarının iflas olmasını istəyiriksə, bizim bir yolumuz var: dişimizi dişimizə sıxıb irəli getmək. Buna isə ancaq birləşməklə nail ola bilərik”.

Və bu qəbildən sülhü tormozlamağa yönəlik digər təxribatçı və avantürist çağırışlar.

Məlumatlara görə, guya Xankəndi erməniləri də ona vəd verib ki, “heç bir blokada onların öz doğma torpaqlarında layiqli həyat sürmək əzmini qıra bilməz”.

Halbuki Azərbaycan Qarabağda etnik təmizləmə aparmaq fikrində deyil, olmayıb. Bunu istəsəydi, 2-ci Qarabağ müharibəsinin son günlərində asanca reallaşdırardı, nə vaxt ki, ordumuz Xankəndinin bir neçə kilometrliyindı idi, işğalçı ordu darmadağın edilmişdi, ermənilər panika içində qaçırdılar.

Azərbaycanın suveren dövlət olaraq yeganə qanuni və haqlı tələbi oradakı ermənilərin konstitusiyamızı və bayrağımızı qəbul eləməsidir. Qəbul eləməyənlər üçün isə yol çoxdan açıqdır: sevimli Vardanyanlarını da götürüb, rədd olub gedə bilərlər. Yoxsa Bakı onların “genosid” iniltiləri fonunda dövlətcik oyunlarına sonsuzadək dözüm göstərilməyəcək.

Yəni ya Vardanyana qulaq asıb onunla birgə Qarabağdan cəhənnəm olmaq, ya da Vardanyansız qalıb Azərbaycanın tərkib hissəsinə çevrilmək! Anklavdakı ermənilərin uzağı, 2025-dək həll etməli olduğu dilemma bu! Üçüncü yol, təklif olmayacaq!..

*****

Moskvanın göndərdiyi

R.Vardanyanın digər bir tayı, radikal-müxalifətçi, “Vahid Ermənistan” partiyasının sədri, “miatsum” xəstəsi Artur Kazinyan isə görün nə sayıqlayıb.

Sitat: “Berdzor dəhlizi (Laçın yolu - red.) açılan kimi mən Artsaxa gedəcəyəm. Bir neçə gün qədim erməni torpağının nemətlərindən həzz alacağam və Artsax xalqının yanında olacağam. Öz təvazökar töhfəmlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olsunlar, mübarizə aparıb qalib gəlsinlər. Bütün səyləri göstərmək lazımdır ki, dəhliz açıldıqdan sonra Artsax əhalisi azalmasın. Bunun üçün Ermənistandan Artsaxa insan axını 4 dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərmək lazımdır ki, Artsax xalqı tək deyil, Artsax erməni məkanı olub, var və olacaq”.

“Mübarizə aparıb qalib gəlmək...” Rus hərbçiləri yanlarında görən kimi yenə “əjdaha”ya dönüblər, ağıllar təzədən 80-ci illərə gedib, nostaljiyə kökləniblər. Bayırda isə 1988 yox, 2023-cü ildir! “Şeytan yuvası” ovucumuzun içində, Laçın yolunda hərc-mərclik dövrü artıq bitib, bu daşnak qafalısı isə görün nə çərənləyir. Bunca faciə, fəlakət dərs olmayıb.

Azərbaycana qarşı hansı silahlarla, necə “mübarizə” aparacaqsınız?! Erməni xalqına gerçəkdən də düşmən gərək deyil...

*****

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü TANIDI - YENİLƏNİB + FOTO/VİDEO -  Boyuksherg.Az

ABŞ-ın nüfuzlu siyasi qəzetlərindən olan “Politico”nun da bu xüsusda şərhi diqqət çəkir.

“Yeni Müsavat”ın məlumatına görə, nəşr yazır: “Avropa Siyasi Birliyinin sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci ildə BMT-nin Almatı Bəyannaməsini əsas götürərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqləyəndə iki ölkə arasında sülh həmişəkindən daha real görünürdü. Çünki Ermənistan rəhbərliyi indiyədək heç vaxt Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımamışdı. Ancaq həlledici irəliləyişə rəğmən, gerçək daha mürəkkəbdir. Azərbaycan və Ermənistan arasında sülh mümkün olsa da, qarşıda yeni maneə dayanır və bu maneə Rusiya tərəfindən dəstəklənir”.

Məqalədə daha sonra deyilir: “Etnik ermənilərin hüquqlarının, təhlükəsizliyinin, dini və mədəni azadlıqlarının təmin edilməsi Praqa danışıqlarının əsas məqsədi olub və mühüm irəliləyiş əldə edilib. Lakin cəmi bir ay sonra rus-erməni oliqarx Ruben Vardanyanın gəlişindən sonra əhval-ruhiyyə kəskin dəyişdi. Doğrudan da, onun peyda olma məqamı ilginc idi. O, Qarabağ separatçılarının Azərbaycanın daxilində qorunan milli azlıq kimi öz gələcəklərini qəbul etməyə hazır olduqlarını bildirən zamanda gəldi. Amma Vardanyan onların liderinə çevriləndən sonra indi ermənilərin mövqeyi obstruktiv xarakter alıb. İrəvan hökuməti və oliqarx Vardanyan açıq şəkildə üz-üzədir”.

Nəşrə görə, narahatlıq var ki, Vardanyan Qarabağın erməni icmasının rəyini sülhün əldə olunmasına qarşı yönəldə bilər: “Bu isə Bakı ilə yanaşı, İrəvanın da maraqlarına ziddir. Sual yaranır: Vardanyan birdən-birə Qarabağda necə nüfuz sahibi ola bildi, ona bu postu tutmağa kim kömək etdi? Məsələ ondadır ki, onun Cənubi Qafqazı öz nüfuz dairəsi sayan Moskva ilə yaxşı əlaqələri var. Bütün rusiyalı oliqarxlar prezident Vladimir Putinin himayəsi altında fəaliyyət göstərir və bu səbəbə Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə ola bilməz. Ukrayna hökuməti də ona qarşı sanksiyalar tətbiq edərkən bu faktı etiraf edib. Rusiya sülhməramlıları hazırda Vardanyanın faydalı qazıntıları ixrac etdiyi Laçın yoluna nəzarət edir. Moskva sülhməramlıları ona mane olmurdu. O səbəbə azərbaycanlı fəallar yolda aksiyaya başlayıblar”.

Qəzet Kremlin məkrli Qarabağ planını bir az da açaraq qeyd edir: “Silahlı münaqişəyə qayıtmaq, müharibə Moskvanın maraqlarına uyğun deyil. Lakin bu, Rusiyanın sülh istəməsi anlamına da gəlmir. Kreml çox istərdi ki, Qarabağda onun diktəsi ilə vaxtaşırı gərginliyi artan və ya azalan dondurulmuş bir münaqişə vəziyyəti hökm sürsün. Diplomatik, hərbi və siyasi potensialının Ukraynadakı münaqişə nəticəsində tükəndiyi bir şəraitdə Moskvaya sərf edərdi ki, Bakı-İrəvan sülh danışıqları qeyri-müəyyən müddətə, Rusiyanın öz şərtlərini daha yaxşı tətbiq edə biləcəyi vaxtadək dayandırılsın. Beləliklə də o, Cənubi Qafqazda beynəlxalq arbitr kimi mövqeyini qoruyub saxlaya bilsin. Amma hər şeyə rəğmən, Qarabağın yerli əhalisi başa düşməlidir ki, burada sülh üçün iki tərəf mübarizə aparır və onların arasında nə Rusiya var, nə də Vardanyan”.

Qısası, Qarabağın ermənilərsiz qalıb-qalmayacağı Qarabağ ermənilərinin öz əlindədir. 80-ci illərə heç bir halda qayıdış olmayacaq...

Digər Xəbərlər
Xəbər Lenti