Rəsmi cavab - Bu il Bakıda yeni metrostansiya açılacaq?

1 Fevral 2023 16:30 Araşdırma 483
Rəsmi cavab - Bu il Bakıda yeni metrostansiya açılacaq?

Bənövşəyi xəttin 4-cü yeraltı stansiyasının platforması qazılır. "8 Noyabr"a aparan yolların da qurulmasına başlanılıb.

Eskalator, lift, elektrik yarımstansiyası, ventilyasiya və digər sistemlərin də sifarişi ilə bağlı işlər plan üzrə başlanıb.

Yeni stansiyanın tikinti işləri üzrə işlərin sürətlənməsi və yeni mərhələyə qədəm qoyması şərti adı "B-4" olan stansiyanın bu il ərzində istifadəyə veriləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Bəs bu il yeni stansiyanın açılmaq ehtimalı varmı?

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə bildirib ki, yolların qurulmasına başlanılıb və metropolitenin bənövşəyi xəttinin "Memar Əcəmi", "8 Noyabr" stansiyaları və hazırda "B4" stansiyası quruntda divar üsulu ilə inşa olunur:

"Bu inşaat üsulunun fərqi ondan ibarətdir ki, tunellər əvvəlcədən qazılır. Həmin stansiyanın altından tunel qazma kompleksi keçməzdən əvvəl stansiyada quruntda divar məsələləri həllini tapır.

Yəni, müvafiq dayaqlar qurulur və bu qayda ilə stansiya inşaasına başlamazdan əvvəl tunellər tam qazılmış və hazır vəziyyətdə olur.

Bu səbəbdən yol infrastrukturunun qurulması ilə bağlı işlərə stansiya ilə paralel olaraq başlanılır. Bu il yeni stansiyanın istifadəyə veriləcəyini demək olmaz.

Çünki stansiyanın inşaası, təchizatı, infrastrukturunun qurulması ilə bağlı işlər yaxın iki il ərzində aparılacaq".

Digər Xəbərlər
Xəbər Lenti