Futbolda misli görünməmiş bukmeker fırıldağı - Klublardan xəbərsiz...

1 Fevral 2023 00:50 Araşdırma 999
Futbolda misli görünməmiş bukmeker fırıldağı - Klublardan xəbərsiz...

Rusiya futbolunda növbəti qalmaqal yaşanır.

Sportinfo.az xəbər verir ki, “Zenit” (Penza) və “Znamya” arasında yoxlama görüşünün saxta olduğu aşkarlanıb.

Bu, ikincilərin mətbuat xidmətinin açıqlamasından sonra məlum olub. Noqinsk təmsilçilərinin rəsmiləri belə matçın keçirilmədiyini bəyan edib:

“Biz bu oyunda iştirak etməmişik. Kimsə bizim suvenir mağazamızdan 10 dəst forma alıb. Həmin görüş vaxtı komandamız öz şəhərimizdə məşq edirdi.

“Zenit” də həmin vaxt Penzada məşqdə olub. Onlarla bu barədə danışmışıq və görüşdə iştirak etməyiblər.

Amma maraqlıdır ki, onların mətbuat xidməti qarşılaşmanın hesabını verib. Rusiya Futbol İttifaqına müraciət etmişik. Onlar məsələ ilə məşğul olduqlarını bildirdilər”.

İnformasiyaya inansaq, “Zenit” – “Znamya” qarşılaşmasının birinci hissəsi 0:0, matç isə 4:4 hesabı ilə başa çatıb.

Görüşün bir neçə bukmeker kontorunun mərc proqramına daxil edildiyi məlum olub. Həmin oyuna pul qoyuluşları da edilib. İddia olunur ki, bu oyun elə kontorların fırıldağıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti