"WhatsApp"dan daha bir YENİLİK - Nömrələri gizli saxlanılacaq

31 Yanvar 2023 12:10 Araşdırma 975
"WhatsApp"dan daha bir YENİLİK - Nömrələri gizli saxlanılacaq

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

Bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. Həmçinin istifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

Eyni zamanda reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.

Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?