Fəaliyyətini bərpa edən klubdan İSTİ AÇIQLAMA: "Mütləq Premyer Liqanı istəyirik"

29 Yanvar 2023 20:00 Araşdırma 1 504
Fəaliyyətini bərpa edən klubdan İSTİ AÇIQLAMA: "Mütləq Premyer Liqanı istəyirik"

«Hədəfimiz Premyer Liqada iştirak etməkdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında fəaliyyətini yenidən bərpa edən «Şəfa»nın təmsilçisi Tural Rzayev deyib.

18 ildən sonra futbol səhnəsinə qayıdan klubun koordinatoru bildirib ki, əsas məqsədləri yüksək dəstədə mübarizə aparmaqdır:

«Mütləq və mütləq bununü üzərində dayanmışıq. Sadəcə, indiki vəziyyətdə işə sıfırdan başlayıb akademiya qurmaq, müəyyən təcrübə toplamaq istəyirik.

Premyer Liqada çıxış etmək istəyiriksə, pilləli sistem tələbinə əməl etməliyik.

Akademiya yaradılmalıdır, komanda öncə Region Liqasında, ardınca Birinci Divizionda çıxış etməlidir ki, Premyer Liqa ilə bağlı müraciətə baxılsın.

Sevindirici haldır ki, AFFA bu çətin və uzun yolda digər klublara olduğu kimi, “Şəfa”ya da hər cür dəstək verməyə hazırdır».

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?