“Mən xüsusi biriyəm” - özün haqqında təvazökarlıqdan uzaq bu sözləri demək üçün ya dəli olmalısan, ya İbrahimoviç ya da Mourinyo!
Həmin Mourinyo ki, onun yubileyidir - inanmaq çətin olsa da, don Joze 60 yaşını tamamlayır.
20 il əvvəl əynində boz palto qəfildən Avropa futbolunun mərkəzinə düşəndə, çoxu ona qəribə baxır, başı üzəruinə qaldırdığı UEFA Çempionlar Kubokunu isə təsdadüfi uğur hesab edirdi.
Amma təsadüfi deyilmiş.
Aradan 20 il keçib və bu müddətdə Mourinyo qazandığı titullarla adını dünya futbolunun tarixinə əbədi yazdırıb.
Setubal şəhərində doğulan Mourinyonun ad-soyadında əksər portuqallar kimi az qala bütün şəcərəsi yer alıb: Joze Mariu duş Santuş Mourinyo Feliks.
Feliks onun atasıdır.
Orta səviyyəli qapıçı kimi tanınıb. 1955-74-cü illəri əhatə edən oyunçu karyerası «Setubal» və «Belenenseş» klublarıın əhatə edib.
Anası Maria Julia dos Santos ibtidai sinif müəlliməsi olub. İmkanlı ailədən çıxan anası balaca Jozeni gələcəyin bisnesmeni, atası isə futbolçu görmək istəyirdi.
Anası onun adını məcburən biznes məktəbinə yazdırdı, lakin elə uşaqlıqdan inadkar və prinsipial olan Joze cəmi 1 gün məktəbə getdi. Atası onu özünün oynadığı «Belenenseş»in uşaq futbol məktəbinə qəbul etdirdi.
Mourinyonuin futbolçu karyerası heç atası qədər də olmadı. 18-20 yaşlarında «Riu Ave» və «Belenenseş»in hərəsində 1 mövsüm çıxış etdikdən sonra oynamağın onluq olmadığını qəbul edib, karyerasını bitirdi.
Məşqçilkdə isə o, nəinki atasını kölgədə qoydu, hətta dünya futbolunun tarixinə düşdü. Hərçənd məşqçilik üçün ilk lazım olanlarıı elə «Riu Ave» və «Belelnenseş»də işləyən atası Feliksdən öyrəndi.
80-ci illərin ortalarında Lissabon Bədən Tərbiyəısi İnstitununu bitirən Joze ali məktəbdə öyrəndikləri ilə atasının məşq prosesindəm əyani mənimsədiiklərini özündə uğurla cəmləşdirə bildi.
İngilis dilini mükəmməl bilməsi don Jozenin əlavə üstünlüyü idi. Məhz bu amil onun məşqçi kimi uğrtu qazanmasında həlledici rol oynadı.
«Vitoriya Setubal» və «Eştrela Amadora»da aşağı yaş qruplarında qısa müddət çalışdıqdan sonra ona «Sportinq»ə baş məşqçi təyin edilən əfsanəvi ingilis Bobbi Çarltonla işləmək nəsib olur.
29 yaşlı Mourinyo ser Robsonun tərcüməçisi və köməkçisi kimi ondan məşqçiyə lazım olanları öyrənir. «Sportinq»dən sonra Robsonla «Portu»ya gedir, burada ilk çempionluq və kuboklar qazanır.
1996-ci ildə Robson Mourinyonu özüylə «Barselona»ya aparır. Ulduzlarla ilk iş təcrübəsini burada qazanır. Braziliyalı Ronaldo, bolqar Stoiçkov, öz həmyerlisi Vitor Baya, ispan Xosep Qvardiola...
Hansı ki, həmin Qvardiola ilə yolu bir də 15 il sonra hər ikisi baş məşqçi olanda rəqb kimi kəsişəcəkdi. Onu bu yerə qdərə gəritib çıxaran Bobbi Robsonla isə yolları «Barselona»da ayrıldı.
1997-də Ronson istefaya göndərilir, 34 yaşlı Mourinyo yeni baş məşqçi Lui van Qalın köməkçisi kimi fıaliyyətini davam etdirir.
Mourinyo etiraf edir ki, Robson qədər Lui van Qal da onun üçün məşqçilik məktəbi oldu. Tezliklə van Qal Mourinyonun köməkçi məşqçi səviyyəsindın üstün olduğnu görüb, «Barselona»nın B komandasını ona tapşırdı.
Artıq müstəqil işləmək vaxtı çatmışdı. 2000-ci ildə «Benfika»nın baş məşqçisi təyin olunur. Amma «Benfika»nın yeni seçilən prezideti çalışdırıcını dəyişməyi qərara alır və cəmi 3 ay sonra Mourinyoa bu komandayla vidalaşır.
2001-də «Uniao Leyriya»ya təyinat alır və kluba tarizində ən böyük uğurlarındna birini - Portuqlaiya superiqasında bürünc medalları qazandırır.
Bu №Leyriya» üçün böyük uğur ola bilərdi, xaraktercə maksimalist olan Mourinyi üçün isə yox. O, məşqçi kimi böyüməyə, şöhrətin zirvəsinə can atırdı və bu imkanı ona «Portu» yaratdı.
2002-ci ildə, yanvarın 23-də 39 yaşının tamamlanmasına 3 gün qalmış Portuqaliyanın ən nəhəng klublarındna biri ilə 3 illik müqavilə bağlayır.
«Portu» ilə 2 ilə bütün mümkün titulları qazanır. 2 dəfə Portuqlaiya çempionluğu, Portuqaliya Kuboku və Superkuboku. 2003-də UEFA Kubokunu, 2004-də UEFA Çempionlar Kubokunu.
Beləcə, «Portu» Mourinyonun uğurlu işi sayəsində 1987-dın sonra yenidn Avropanın futbol elitasında yerini qaytarmağa nail oldu.
Onun ÇL-də «Mançster Yunayetd», ser Aleks üzərində parlaq qələbəsi «Çelsi»nin yeni sahibi, rus Roman Abramoviçin diqqətini çəkir və «Portu»ya 1.7 milqon futn sterliq təzminat ödəyərək, onlarla hələ müqaviləsi bitməyən Mourinyonu Londona gətirir.
Elə ilk mətbuat konfransında ingilis jurnalistlərin replikasına tutarlı cavab verir. “Ser Mourinyo, ulduz futbolçularla işləmək sizə çətin olmayacaq” sualına «həmin ulduz futbolçular bilsin ki, komandaya ulduz baş məşqçi gəlib. Özündənrazılıq kimi çıxmasın, mən sıradan biri deyiləm, Avropa çempionuyam. Demək ki, xüsusi biriyəm» - sitatın sonu.
Elə o vaxtdan Moutinyonu ləqəbi «Special one» («Xüsusi biri» olaraq qaldı. Mourinyo xüsusi biri olduğunu ingilislrə «Çelsi»dəki işiylə sübut etdi.
2004-2007-ci illərdə «Çelsi»yə tarixində görmədiyi uğurları - 6 kubok qazandırdı. 2 premyer liqa çempionluğu, 2 İngiltərə Liqa Kuboku, həmçinin İngiltərə Kuboku və Superkuboku.
«Zadəganlar»ın tarixinə ən uğurlu məşqçi kim adını yazdırsa da, 2007-in sentyabrlında gözlənilmıdən burayla yollarını ayırdı. «Çelsi» ilə qazana bilmıədyi Çempionalr Liqasını «İnter»də başı üzərinə qaldırdı.
Bununla da sonuncu dəfə 1965-də Avropanın klub çempionu olmuş «İnter»in 45 illik həsrəti bitdi.
2008-2010-cu illərdə «neradzurra» ardıcıl 2 mövsüm A seriyasının qalib oldu, İtaliyanın həm kubok, həm də superkubokuna sahib çıxdı.
İtaliyada yaddaqalan məqamlar daha çoxdur. Məsələn, mətbuat konfransında onu tənqid edən jurnalistlərə «intellektual fahişələr» deməsi və klubdan ayrılarkən, sevimli oyunçusu Marko Materrasi ilə göz yaşı içində vidalaşması.
Yeni macəra axtarışında olan don Jozenin növbəti «dayanacağ»ı «Real Madrid» oldu. Kral «klubu» 2010-cu iln mayında Mourinyoya görə «İnter»ə rekord məbləğdə kompenasiya ödədi.
Həmin dövrdə Xosep Qvardiolanın «Barselona»sı La Liqada «meydan sulayırdı». Bir vaxtlar futbolçusu olan Qvardiola indi məşqçi statusunda Mourinyoya ciddi rəqib kimi qarşsıına çıxmışdı.
Elə don Jozenin «Real»ının İspaniyada ardıcıl uğur qazanmasına da Qvardiola və komandası imkan vermədi. İlk «el klassiko»da Qvardiolaya 0:5 hesabıyla uduzanda, «Real»ın prezidenti Florentino Peers bunu klubun tarixndə «ən zəif oyun» adlandırdı.
Mətbuat da bir yandan tənqidləri yağdırırdı. Mourinyo isə həmişəki kimi kürəyini yerə vermirdi. Növbəti il Qvardioladan «el kalssiko»da həmin məğlubiyyətin əvəzini çıxdı.
«Real»la 3 mövsüm ərzində İspaniya çempionluğu, ölək kuboku vı superkubokunu qazansa da, 2013-cü ilin mayında kubokun finalıda «Atletiko»ya məğlubiyyətdən sonra istefa verdiyini açıqladı.
Dərhal da «Çelsi» ilə müqavilə bağladı və London klubunda 2-ci məşqçilik dövrü başladı. Premyer Liqa əsl onluq idi. Yenə mətbuatla «atışmalar», yenə məşqçilərlə qalmaqallar…
Mənim həyatımda 2 ehtiras var –«İnter» və «Çelsi» deyən don Joze 2014/15-ci il mövsümündə «Çelsi»yə həm Premyer Liqa çempionluğunu, həm də İngiltərə Liqa Kubokunu qazandırdı.
Mövsümün ən yaxşı məşqçisi seçildi. 4 illik yeni müqavilə imzaladı. Amma cəmi 4 ay keçmiş - dekabrda ardıcıl məğlubiyyətlərdən sonra «Çelsi»ni tərk etməli oldu.
Həmin dövrdə, elə indi də «Mançester Yunayted» ser Aleks Ferqyuson kimi ikinci məşqçimi əlində çıraq axtarırdı. 2016-cı ilin mayında MY onunla 3 illik müqavilə bağlasa da, Mourinyo «qırmızı şeytanlar» üçün Ferqyuson ola bilmədi.
Düzdür, ilyarım ərzində «Yunayted»ə İngiltərə Superkuboku, Liqa Kuboku və UEFA Avropa Liqasını qazandırdı, Amma artıq «Mançester Siti»yə gəlmiş Qvardiola burada onun yolunun üstündə bitmişdi, Premyer Liqanı qazanmağa imkan vermədi.
2019-2021-ci illərdə işlədiyi «Tottenhem»dəki fəaliyyəti fiasko ilə nəticələndi. «Tottenhem» 2002-ci ildən bu yana Mourinyonun karyerasında yeganə konmanda oldu ki, heç bir tutul qazana bilmədi.
2021-ci ilin mayında «Roma»ya baş məşqçi təyin olundu və ötən mövsüm kluba UEFA Konfrans Liqasını qazandırdı, Bununla da, Mourinyo tarixə UEFA bayrağı altında keçirilən bütün klub turnirlərini qazanan üçüncü məşqçi kimi düşdü.
Mourinyo 60 illiyinə məşqçi kimi 2002-ci ildən bu yana qazandığı 26 titulla qədəm qoyur. Qvardiola dövrü başlayandan bir qədər arxa plana keçsə də, Mourinyio birmənalı olaraq futbol tarixinin ən yaxşı məşqçilərindın biridir.
Onu oynatdığı darıxdırıcı, nəticəyə hesablanan futbola görə tənqid edənlərin cavabını qazandığı titullarla verir.
Bir yerdə çox qərar tutmyan Mourinyo bu yay «Roma»nı da tərk etmək fikrindədir. Adı doğulduğu Setubal şəhərində küçələrdən birinə verilsə də, Mourinyo sağlığında özünə heykəl qoydurmaq iddiasında olan insanlardandır.
Ona görə, “Mourinyo məşqçi kimi bitib” deyənlər tələsməsin, qələbə ehtirası hətta 60 yaşında da öləziməyən don Joze və yaxud «Special one» hələ son sözünü deməyib.
Tezliklə o, hardasa yenidən parlayacaq.
İlkin Fikrətoğlu

