Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

24 Yanvar 2023 12:10 Araşdırma 229
Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-nə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub.

Bnu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-ə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib.

Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb.

İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Digər Xəbərlər
Xəbər Lenti