Abbasovun "diriltdiyi” millinin sabiq hücumçusu indi haradadır?

23 Yanvar 2023 21:00 Araşdırma 1 263
Abbasovun "diriltdiyi” millinin sabiq hücumçusu indi haradadır?

Əli Qurbani "Sumqayıt"a transfer olunanda ağlımının ucundan da keçməzdi ki, o, Azərbaycan milli komandasına kimi yüksələ bilər.

Onun gəlişi avrokuboklara vəsiqə qazanmış Sumqayıt təmsilçisində "yarpaq tökümü" davam edən günlərə təsadüf edirdi.

Heyətdən Peyman Babayi, Sərtan Taşkın, Aleksey İsayev, Əmir Ağayev, Elvin Cəfərquliyev, Şəhriyar Əliyev və Mehdi Cənnətov kimi əsas futbolçular komandadan yaxşı təkliflər müqabilində ayrılmışdılar.

Çarəsiz qalan baş məşqçi Ayxan Abbasov yenə heç kimə lazım olmayan futbolçuları ətrafına yığıb, növbəti mövsümlə bərabər, həm də avrokuboklara hazırlaşırdı.

Qurbani də onlardan biriydi. İlk məşqlərini izləyən biri kimi təəssüratlarım çox mənfi olmuşdu.

Amma düşüncələrimin əksinə olaraq Qurbani mövsümə əla başladı. Qollarını sıralayan forvard milli komandamıza kimi yüksəldi.

Hətta 8 oyunda forma şansı da qazandı. Amma Abbasovun rəhbərliyi altında gördüyümüz Əlini millidə görə bilmədik. O, aktivinə 1 qol belə yazdıra bilmədi.

Sonrakı gedişat göstərdi ki, iranlı futbolçunu futbolçu edən onun keyfiyyətlərindən çox Ayxan Abbasovun məşqçi bacarıqları imiş.

Təcrübəli məşqçi "Sumqayıt"da ayrılandan sonra klub kimi, futbolçunun da qara günləri başladı.

Ayxan müəllimin dönəmindən 36 oyuna 11 qol vuran Əli, sonrakı 15 matçda 4 qolla yadda qaldı. Həmin qollar isə mövsümün sonuncu turlarında heç bir əhəmiyyət daşımayan "Şamaxı" və "Səbail" kimi rəqiblərlə oyunlara təsadüf edib.

Köhnə baş məşqçisiz Qurbaninin sıradan biri olduğunu yaxşı anlayan "kimyaçılar"ın rəhbərliyi ötən mövsümün sonu onunla yolları ayırdı. Arxada qalan 6 ayı İranda "Foolad"ın şərəfin qoruyan hücumçu meyda çıxdığı 11 görüşdə cəmi 1 qolla yadda qalıb.

32 yaşlı milliləşdirilmiş iranlı bu gün haqqlı olaraq Canni De Byazinin də yadına düşmür.

Görünür, hələ uzun illər ötən günlərin nisgili ilə yaşayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti