Müharibədə həlledici döyüş bu vaxt olacaq – Kəşfiyyatçı-analitikdən ilginc proqnoz

23 Yanvar 2023 15:30 Araşdırma 655
Müharibədə həlledici döyüş bu vaxt olacaq – Kəşfiyyatçı-analitikdən ilginc proqnoz

“Ukrayna və Rusiya arasında müharibədə həlledici məqam bu ilin yazı və yayın əvvəli olacaq.

Bu mərhələdən sonra müharibənin bitmə vaxtı barədə danışmaq mümkün olacaq”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Delfi.ee-yə müsahibəsində bildirib.

“Müharibədə yaz və yayın əvvəli həlledici olacaq. Əgər Rusiyanın o zamana planlaşdırdığı böyük hücum uğursuz olarsa, bu, Rusiyanın da, Putinin də çöküşünə gətirəcək”, - Skibitski bildirib.

Onun sözlərinə görə, rusların Belarusdan Kiyevə yeni hücumu, eləcə də Ukraynanın cənubunda aktiv döyüşlər az ehtimallıdır, çünki rusları daha çox Krım narahat edir. “Bahar və ya yazın əvvəli arxada qalanda bəlkə də müharibənin sonu haqqında danışa biləcəyik”, - deyə o qeyd edib.

Bununla belə, jurnalistin “müharibənin 2023-cü ildə başa çatma ehtimalı necədir” sualına Ukrayna kəşfiyyatının rəsmisi “hələlik çox da uzağa baxmamağı” tövsiyə edib:

“Biz birinci mərhələdən - yaz və yayın əvvəlindən keçməliyik. Bu müharibənin nəyə apardığını görürük: Rusiya hərbi rəhbərliyi dəyişib, səfərbərliyin birinci mərhələsi başa çatıb, rus ordusu yenidən qruplaşmaqdadır”.

Kəşfiyyatçı-analitik həmçinin hesab edir ki, həlledici və ağır döyüşlərin aparılacağı əsas döyüş meydanı iki region - rusların tamamilə işğal etməyə çalışdığı Donetsk və Luqansk olacaq.

“Bizim qiymətləndirməmiz sadədir: Rusiya ordusunun əsas fəaliyyəti Donetsk və Luqansk istiqamətlərinə yönələcək.

Onlar əsas vəzifələrini yerinə yetirə bilmədilər, bununla da qondarma “xüsusi əməliyyat”a - Donetsk və Luqansk vilayətlərinin tam işğalına başladılar.

Təxminən fevral-mart aylarında bu bölgə uğrunda döyüşlər olacaq, ruslar Xarkov vilayəti istiqamətində Kupyansk, Svatovo, Kremennayaya nəzarəti ələ keçirməyə çalışacaqlar”, - ukraynalı kəşfiyyatçı vurğulayıb.

Onun qənaətincə, əsas döyüş meydanı hər halda Donbasda olacaq: “Bunu Baxmbut və Soledar uğrunda gedən döyüşlər də təsdiqləyir...”

Sözsüz ki, Ukraynanın müharibəni uğurla başa vurub öz dövlət sərhədlərinə çıxması xeyli dərəcədə kollektiv Qərbin, xüsusilə də ABŞ və Almaniyanın Kiyevə nə dərəcədə və hara kimi ona yetərli, vaxtında hərbi kömək göstərməsindən asılı olacaq.

Söhbət indi həm də Ukrayna ordusunun daha uzaq mənzilli strateji silahlar və sistemlərlə, habelə müasir ağır hərbi texnika ilə təchizatından gedir.

Nə barədə ki, bir müddətdir ölkənin hərbi-siyasi rəhbərliyi aparıcı Qərb dövlətlərinə çağırış eləsə də, hələ ki, kifayət qədər həcmdə tədarük edilmir...

Digər Xəbərlər
Xəbər Lenti