1000 nəfər müraciət etdi - Millinin baş məşqçisi olmaq üçün

23 Yanvar 2023 01:40 Araşdırma 850
1000 nəfər müraciət etdi - Millinin baş məşqçisi olmaq üçün

Qətərdə keçirilən dünya çempionatından sonra vəzifəsindən istefa verən Qana millisinin baş məşqçisi Otto Addonun boş qoyduğu post üçün 1000-dən çox müraciət olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının Kommunikasiyalar üzrə Direktoru Henri Asante Tvum bildirib.

Federasiya rəsmisi açıqlamasında heç bir qısa siyahı yaratmadıqlarını və tədbirlərin lazımi zamanda görüləcəyini bildirib.

O, boş qalmış baş məşaçi vəzifəsi postu üçün 1000-dən çox müraciət olunduğunu təsdiqləyib və bacarıqlı məşqçi axtarışlarını davam etdirdiklərini deyib, hər gün federasiyaya müraciətlər daxil olduğunu da vurğulayıb.

DÇ-2022-də Portuqaliya, Uruqvay və Cənubi Koreya milliləri ilə birlikdə H qrupunda yer alan Qana 2 məğlubiyyət, 1 qələbə ilə mübarizəni qrup mərhələsində dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti