41 gündə Qarabağdan Ermənistana 42 xəstə aparılıb

22 Yanvar 2023 15:30 Araşdırma 409
41 gündə Qarabağdan Ermənistana 42 xəstə aparılıb

Daha altı xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Xankəndidən Ermənistandakı tibb mərkəzlərinə aparılıb.

Onların arasında hamilə qadın, həmçinin digər xəstəlikləri olanlar var.

Azərbaycanın 12 dekabrdan bəri, 41 gün ərzində Qarabağ ermənilərini guya “blokadada saxladığını” iddia edən erməni tərəf özünü təkzib edərək bildirir ki, beləliklə, Qarabağdan Ermənistan xəstəxanalarına ümumilikdə 42 xəstə çatdırılıb.

Əlavə olunub ki, Qarabağdakı xəstəxanalarda planlaşdırılan əməliyyatlar hələlik dayandırılıb. İddiaya görə, 11 böyük və 11 uşaq reanimasiyada qalır.

Digər Xəbərlər
Xəbər Lenti