Bakı ilə separatçıların qapalı müzakirəsi

22 Yanvar 2023 02:30 Araşdırma 625
Bakı ilə separatçıların qapalı müzakirəsi

Xankəndidəki oyuncaq rejimin başıpozuq “rəhbəri” Araik Arutyunyan Azərbaycanla heç bir danışıqlar aparılmadığını açıqlayıb.

Bu haqda Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Qəzet xəbər verir ki, Araik qondarma parlamentin üzvləri ilə qapalı görüş keçirib və Azərbaycanın Laçın dəhlizinin açılması üçün bir sıra tələblərinin olduğunu bildirib.

Tələblərdən biri erməni milyarder-bandit Ruben Vardanyanın tutduğu vəzifədən azad edilməsi, digəri isə “Kaşen” mədəninin fəaliyyətinin dayandırılması, Laçın dəhlizində Rusiya sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması və Azərbaycan nümayəndəsinin orada olmasıdır. Belədə Azərbaycan Ermənistandan və əksinə yüklərin daşınmasına nəzarət etməlidir. Arutyunyan deyib ki, Bakı qanunsuz silahlıların və ağır texnikanın çıxarılmasını da tələb edir. O bildirib ki, əslində Azərbaycanla heç bir danışıqlar aparılmır, bu tələblər dolayı yolla onlara təqdim olunub. Qəzet iddia edir ki, guya ermənilər güzəştə getməyə hazır olduğunu bildiriblər, mədəndə Azərbaycan ekoloqlarının monitorinq aparmağına razılığa meylli olublar. Lakin o vaxtdan bəri yeni tələblər irəli sürülübmüş. Arutyunyan bildirib ki, Bakının tələbləri yerinə yetirilərsə, “yolun açılacağına və ya açıldıqdan 1-2 həftə sonra yenidən bağlanmayacağına dair heç bir zəmanət yoxdur”. Arutyunyan sonda onu da deyib ki, qarşıda “...çətin günlər var, vəziyyət dalana dirənib”.

Araik Moskvaya qaçır, Ruben Vardanyan...

Rusiyanin xarici işlər naziri Sergey Lavrov isə yanvarın 18-də keçirdiyi mətbuat konfransında “dünən və ya srağagün Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi ilə Qarabağ nümayəndələri arasında görüş keçirilib. Düşünürəm ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, - deyə bildirib. Bu görüşdə erməni icmasını kimlərin təmsil etdiyi gizli olaraq qalır. Amma buna qədər kukla rejimin “təhlükəsizlik şurası katibi” Vitali Balasanyanın danışıqlarda iştirak etdiyi deyilirdi. Hətta erməni qaçaq-quldurları, xüsusən Rubenə yaxın çevrələr onu Azərbaycana işləməkdə ittiham edirdilər. Balasanyanın həm Sərsəng su anbarına birgə baxış zamanı orada olduğu, həm Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldılarkən prosesə nəzarət etdiyi, həmçinin son hadisələrdə danışıqlara qatıldığı məlumatlar sırasında idi. Bunun yekunu olaraq Balasanyan kənarlaşdırıldı və onun yerinə başqa bir erməni terrorçusu təyin edildi. O zaman bir neçə gün əvvəl baş tutan görüşdə erməniləri kim təmsil edib? Lavrov məsələnin tezliklə həll ediləcəyini deyərkən nəyi nəzərdə tutur? Bu dəhlizin əvvəlki sistemdə işləməsi üçün hansı qərarlar razılaşdırıla bilər? Görünən budur ki, hazırda Moskva və Bakı arasında detallarını bilmədiyimiz müzakirələr aparılır, hər halda, Rusiyanın birinci diplomatı məsələnin həll olunacağını deməzdi...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Lavrovun nə düşündüyü bizi maraqlandırmamalıdır: “Lavrov "mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür" sualına cavab üzərində düşünməlidir. Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutyunyan tərəfdarlarına izah edib: Ruben Vardanyan Qarabağı tərk etməlidir, separatçılar mədənlərdəki işi dayandırmalıdırlar, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır, separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır. Araik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi, Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək".

Лавров исключил возможность переговоров с Зеленским – Москва 24, 18.01.2023

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Laçın dəhlizində Azərbaycan nümayəndəsi dayanacaq: “Lavrov düşünür ki, Laçın yolu ilə bağlı "problem" tezliklə öz həllini tapacaq. Buna əsas kimi “Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və Qarabağ nümayəndələri (ermənilərin nümayəndəsi) arasında görüşün keçirilməsi”ni göstərir. Aksiyanın tələblər icra edilmədiyi müddətdə dayanmayacağı şübhəsizdir, rəsmi Bakı bunu ən yüksək səviyyədə bəyan edib. Azərbaycana qarşı təzyiq cəhdlərinin də baş tutmaması həll yolunun yalnız bu çərçivədə mümkün olduğunu deməyə əsas verir. Sual yaranır: Lavrov aksiyanın tələblərinin qəbul edildiyinə işarə edir? İlkin tələb qanunsuz istismar edilən mədənlərdə monitorinqin aparılması idi. Lakin erməni mənbələr genişlənmiş tələblərin təqdim edildiyi iddiası ilə çıxış edir".

Ekspertin sözlərinə görə, iki məqam da tələblərin genişləndirildiyi ehtimalını gücləndirir: “Birincisi, xarici işlər naziri Ceyhun Bayramovun 17 yanvarda Lavrovla telefon söhbətidir. Nazir Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Rəsmi məlumatdan belə nəticə çıxır ki, aksiya iştirakçılarının tələbi birdən çoxdur və bura mədənlərin qanunsuz istismarının dayandırılması ilə yanaşı, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin qarşısının alınması da daxildir. İkincisi, Lavrovun dedikləridir: Bakı Laçın yolundan hərbi yüklərin daşındığı məsələsini aktual olaraq saxlayır və istisna deyil ki, artıq rusların vədi ilə qane olmur, yolda nəzarət işində praktiki olaraq təmsil olunmağı tələb edir. Bütün bunların fonunda erməni silahlıların Qarabağdan çıxarılması tələbinin də irəli sürüldüyü istisna deyil. Lavrovun "problem tezliklə öz həllini tapacaq" sözləri rusların tələblərlə razılaşdığı fikrini ön plana çıxarır. Separatçıların bunu qəbul edəcəyi ehtimalı isə azdır, hərçənd zaman keçdikcə seçim imkanlarının tükəndiyi də görünür". Politoloq Zaur Məmmədov isə əmindir ki, Laçın yolunda hərbi təyinatlı yüklər bir daha keçməyəcək: "Yol mülki insanlar üçündür. Bundan sonra separatçılar heç vaxt silah və digər hərbi texnikaları Laçın vasitəsilə təhvil ala bilməyəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!