Rusiya Qarabağa muzdlular göndərir – Ukraynadan şok iddia

22 Yanvar 2023 01:20 Araşdırma 597
Rusiya Qarabağa muzdlular göndərir – Ukraynadan şok iddia

Rusiya Qarabağa muzdlu ordu yeridə bilər.

Bu barədə Ukrayna Ali Radasının rəsmi telekanalının yaydığı məlumatda qeyd olunur.

İddia olunur ki, Moskva “erməniləri qorumaq” adı ilə Qarabağa müdaxilə edə bilər.

“Rusiyanın Qarabağa hibrid müdaxiləsi riskləri artır. Son vaxtlar oradan narahatedici xəbərlər eşidilir. Erməni əhalisinə Rusiya pasportlarının paylanılması haqda məlumatlar var. “Humanitar fəlakət” bəhanəsi ilə Rusiya muzdlu əsgərləri bölgəyə cəlb edə bilər”, - iddiada qeyd olunur.

Rusiyanın Qarabağda “rus icması” kartından istifadə etmək, erməni əhali üzərindən bölgədə qalmaq planları sirr deyil.

Lakin Ukraynadan irəli sürülən bu iddianın hədəfinin Bakı-Moskva xəttində problemlərin yaradılması, Azərbaycan ictimaiyyətinə Rusiya təhlükəsi haqda xəbərdarlıq edilməsidir.

Rusiyaya qarşı cəbhəni genişləndirmək istəyən rəsmi Kiyevin bu cür informasiyaların tirajlanmasında öz maraqları var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"