“Qarabağ” təəccübləndirdi - Debütantlar Antalyada “qan etdi”

21 Yanvar 2023 20:40 Araşdırma 3 130
“Qarabağ” təəccübləndirdi - Debütantlar Antalyada “qan etdi”

Premyer Liqa klublarının Antalya toplanışı başa çatdı.

Yanvarın 10 günlüyündən başlayaraq Türkiyənin kurort şəhərində qərarlaşan təmsilçilərimiz qardaş ölkədə yoldaşlıq oyunları keçirdi, baş məşqçilər komandadakı problemləri görmək imkanı yaxaladı.

Antalyadakı sınaq matçları ilə bağlı bəzi qeydlər var ki, rəqəmlər üzərində kiçik “gəzişmə” edəcəyik.

“Kəpəz”lə “Sabah” Antalyanı məğlubiyyətsiz tərk etməklə yadda qaldı.

“Şamaxı” ilə “Neftçi” keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilmədi.

“Şamaxı” həm də 270 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyən yeganə komanda kimi yadda qaldı.

“Qəbələ” rəqib qapılarına ən çox top vuran komanda kimi diqqət çəkdi – 6 qol.

“Qarabağ” qapısında ən çox top görən komanda kimi təəccübləndirdi – 7 qol.

“Kəpəz” qapısından top buraxmayan yeganə komanda oldu.

Qarabağ – Rakov (Polşa) 0:3

Qarabağ – Çukariçki (Serbiya) 1:0 (K.Medina)

Qarabağ – Poqon (Polşa) 2:4 (M.Yankoviç, A. Zubir)

Sabah – Varta (Polşa) 1:1 (A.Kaşuk)

Sabah – Voyvodina (Serbiya) 4:2 (D.Volkov (2), A.İsayev, A.Kaşuk)

Neftçi – Vaşaş (Macarıstan) 1:1 (K.Sayef)

Neftçi – Meds Leqnitsa (Polşa) 1:2 (A.Salyanski)

Neftçi – Srvena Zvezda (Serbiya) 0:1

Zirə - Çindia (Rumıniya) 3:2 (C.Diniyev, T.Qomes, H.Keyta)

Zirə - “Seged Çanad” (Macarıstan) 1:3 (T.Qomes)

Zirə - Radniçki (Serbiya) 0:0

Qəbələ - Sepsi (Rumıniya) 2:2 (Ü.İsgəndərov, İ.Alimi)

Qəbələ - Lukenvalde (Almaniya) 3:2 (G.Əsədov, R.Maçado, F.Santos)

Qəbələ - Teplitse (Çexiya) 1:2 (R.Maçado)

Turan Tovuz – Petrolul (Rumıniya) 2:3 (N.Həsənzadə, A.Hüseynov)

Turan Tovuz – Aarau (İsveçrə) 1:0 (A.Hüseynov)

Turan Tovuz – Jetısu (Qazaxıstan) 2:0 (A.Hüseynov, D.Marandiç)

Şamaxı – Kaysar (Qazaxıstan) 0:0

Şamaxı – Botoşani (Rumıniya) 0:1

Şamaxı – Napredak (Serbiya) 0:1

Sumqayıt – Radnik (Serbiya) 2:1 (S.Əhmədov)

Sumqayıt – Krılya Sovetov (Rusiya) 0:1

Kəpəz – MTK Budapeşt (Macarıstan) 1:0 (F.Nəbiyev)

Kəpəz – Novi Pazar (Serbiya) 0:0

Kəpəz – Kaysar (Qazaxıstan) 3:0 (A.Ayzaya (2), M.Kvirkviya)

Səbail – Legiya (Polşa) 2:2 (Q.D.França, M.Abbasov)

Səbail – Bohemians 1905 (Çexiya) 0:0

Səbail - Spartak (Serbiya) 0:1

Komandalarımızın xəyali cəhətdən Antalyada hansısa turnirdə iştirak etdiyini nəzərə alsaq, yarışın yekun cədvəl belədir.

Kəpəz 3 2 1 0 4:0 7

Turan Tovuz 3 2 0 1 5-3 6

Sabah 2 1 1 0 5-3 4

Qəbələ 3 1 1 1 6-6 4

Zirə 3 1 1 1 4-5 4

Sumqayıt 2 1 0 1 2:2 3

Qarabağ 3 1 0 2 3-7 3

Səbail 3 0 2 1 2-3 2

Neftçi 3 0 1 2 2-4 1

Şamaxı 3 0 0 3 0:2 0

Statistik göstəricilərdən də göründüyü kimi, Antalya toplanışının ən uğurlu 2 komandası Premyer Liqanın debütantlarıdır.

Çempionatın ilk “3-lüy”ündə yer alan “Sabah” “turniri” 3-cü, “Qarabağ” 7-ci, “Neftçi” isə 9-cu başa vurub.

Yoldaşlıq görüşlərindəki nəticələr aldadıcı olur deyirlər. Görək qarşıdakı rəsmi oyunlar nə göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"