Jurnalistlər Xankəndində görün nələr çəkdi! - VİDEOREPOPTAJ

20 Yanvar 2023 02:30 Araşdırma 4 661
Jurnalistlər Xankəndində görün nələr çəkdi! - VİDEOREPOPTAJ

Qarabağın ermənilər yaşayan yerlərində bankomatların qarşısında növbələr yaranıb. Nağd pul problemləri olduğundan insanlar maaş və pensiyalarını bir dəfəyə çıxarda bilmirlər.

Bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti reportaj hazırlayıb.

Reportajda qeyd olunur ki, Xankəndidəki separatçı rejimin qoyduğu qaydaya görə hər kəs gündə bankomatdan 50 min dram (200 manat) pul çıxarda bilər.

"Azadlıq Radiosu"nun erməni xidmətinin məlumatına görə, yanvarın 17-dən separatçı erməni rejiminin "talon rejimi"nə keçməsi gözlənilirdi, amma hələ ki, bunun nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat yoxdur. Reportajda qeyd olunub ki, dambaşına 1 litr bitki yağı, 1 kq düyü, qarabaşaq yarması, makaron və şəkər veriləcək.

Ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"