Azərbaycanın təqdim etdiyi bu məlumatı araşdırır - Rusiya

18 Yanvar 2023 19:30 Araşdırma 723
Azərbaycanın təqdim etdiyi bu məlumatı araşdırır - Rusiya

“Rusiyalı hərbçilər Ermənistanın Laçın yolu ilə mina daşımasına dair Azərbaycanın təqdim etdiyi məlumatı araşdırır”.

Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatında bu marşrut üzrə hərbi yüklərin daşınmamalı olduğu qeyd olunub:

“Rusiyalı hərbçilər Ermənistan tərəfinin bu dəhliz vasitəsilə mina daşıyaraq, üçtərəfli razılaşmaları pozaraq, onların Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə edilməsinə dair Azərbaycanın təqdim etdiyi məlumatı araşdırır”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?