DİQQƏT! - Mobil telefonunuza SMS gəldikdən sonra 500 AZN alacaqsız

17 Yanvar 2023 12:50 Araşdırma 1 262
DİQQƏT! - Mobil telefonunuza SMS gəldikdən sonra 500 AZN alacaqsız

Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat təyin olunub.

Bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yeni fərmandan sonra övladı olmuş hər bir Azərbaycan vətəndaşı dövlətdən 500 AZN sosial müavinət ala biləcək.

Yeni doğulan uşaqlar üçün birdəfəlik müavinəti almaq üçün vətəndaşlar hansı proseduru keçməlidir? Hansı sənədləri müvafiq quruma təqdim etməlidir? Valideynlər 500 AZN müavinəti hansı vasitə ilə ala bilərlər?

Bu suallara cavab tapmaq məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 2019-cu ilin oktyabr ayından uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi hər iki valideyn işləmədikdə elektron sistem üzərindən, proaktiv qaydada həyata keçirilir:

"Yəni hər hansı sənəd təqdim edilmədən bu müavinət avtomatik təyin olunur. Valideynlərdən biri işlədiyi halda isə işləyən valideyn zəruri sənədləri iş yerinə təqdim edir və işlədiyi müəssisə həmin sənədləri elektron hökumət portalı üzərindən heç bir vətəndaş məmur təması olmadan Nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə göndərir. Sənədlər düzgün tərtib olunub göndərildiyi halda tərəfimizdən bu müavinətin ödənilməsi təmin olunur.

1 yanvar 2021-ci il tarixindən sonra anadan olmuş uşaqlara görə işləyən valideynə məcburi dövlət sosial sığortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı da proaktiv qaydada həyata keçirilir. Uşağın anadan olması ilə bağlı müvafiq məlumatlar Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya olunduqdan sonra artıq həmin sistemdən əldə olunan məlumatlar əsasında birdəfəlik müavinət proaktiv qaydada təyin olunur.

5 iş günü ərzində müavinətin ödənilməsi təmin olunur və təyinat aparılmış işləyən valideynin adına olan mobil telefon nömrəsinə bu barədə SMS məlumat gönədirilir. Bunun üçün hər hansı quruma müraciət və sənəd təqdim etməyə artıq ehtiyac yoxdur və şəxsiyyətini təsdiq edən sənədlə istənilən Kapital Bank filialına yaxınlaşıb uşağının anadan olmasına görə birdəfəlik müavinəti ala bilər.

Adına mobil telefon nömrəsi olmadığı üçün sms bildiriş almayan şəxslər bu barədə məlumat almaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin 01 noyabr 2021-ci il tarixdən uşağın anadan olmasına görə müavinət hər iki valideyn işləmədiyi halda vətəndaşlara "Azərpoçt" MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti "Azərpoçt"un istənilən filial və şöbəsində əldə edə bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti