30 il atəş altında qalan kənddə SON DURUM - VİDEOREPORTAJ

17 Yanvar 2023 01:20 Araşdırma 428
30 il atəş altında qalan kənddə SON DURUM - VİDEOREPORTAJ

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi uzun illər sərhəd kəndlərindən olub.

2016 -cı ilin aprel döyüşləri və tarixi qələbəmizlə bitən Vətən müharibəsi sonrası Tap Qaraqoyunlu kəndinə yaxın olan düşmən mövqeylləri ordumuz tərəfindən tamami ilə təmizləndi.

Artıq kənd sakinləri rahat və güllə səsi eşitmədən yaşayır.

Kamil Allahverdiyev vaxtı ilə düşmən mövqeylərinə ən yaxın olan evdə yaşayıb. İki ildən artıqdır ki, o həyətində olan işləri gündüz saatlarında da görə bilir. Evinin divarlarında düşmən gülləsinin izləri bu gün də qalıb.

Tap Qaraqoyunluda erməni gülləsindən sadə insanları qorumaq üçün tikilən istinad divarları da durur. Torpaqlarımızın işğalı dönəmində bu kəndinin sakinləri olduqca ağır zamanlar keçirib.

Dünyasını dəyişən yaxınlarını gecələr dəfn edib, bütün sınaqlara baxmayaraq qorxmadan yaşamağı bacarıblar. Kəndinin 38 şəhidi, bir Milli Qəhrəmanı var

Kənddə müharibədən qalan bir digər çətinlik bəzi ərazilərin hələ də minalı olmasıdır. Bir zamanlar düşmən nəzarətində olan kəndin örüş sahələrinin müəyyən hissəsi indi minalanan sahələr hesab olunur.

İndi kənddə həyat öz axarı ilə davam edir. Vətən müharibəsində dağllan evlər dövlət tərəfindən yenidən tikilib və ya bərpa olunub.

Kəndin içərisindən ən müasir tələblərə cavab verən Naftalan - Tap Qaraqoyunlu - Talış - Suqovuşan avtomobil yolu çəkilib.

Müasir körpü salınıb. Qısası,kəndin iqtisadi gücünü artırmaq üçün yeni imkanlar yaradılır. Ən əsas isə Tap Qaraqoyunludan güllə səsi eşidilmir (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti