Paşinyanın tərəfdarından etiraf - Qarabağda cəmi 40 min erməni yaşayır

14 Yanvar 2023 15:30 Araşdırma 602
Paşinyanın tərəfdarından etiraf - Qarabağda cəmi 40 min erməni yaşayır

Ermənistan baş naziri Nikol Paşinyanın yaxın tərəfdarlarından hesab edilən deputat Vigen Xaçatryan sensasion açıqlaması ilə gündəm olub.

O, Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib və separatçılarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

“Mülki Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan "Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Biz Stepanakert (Xankəndi - red.) ilə Bakı arasında birbaşa dialoqa keçməliyik",-deyə bildirib.

Xaçatryan onu da bəyan edib ki, “Artsax”ın 40 min qəzəbli sakini Ermənistana gələrək hakimiyyətin dəyişdirilməsini tələb etsələr, Rusiya Federasiyası üçün yaxşı olar. "Artsax" Azərbaycanla birbaşa dialoq aparmalıdır.

Bu rəqəmin özü də şişirdilib. Real rəqəm 25-30 min arasıdındadır. Lakin "rəsmi" səslənən 120 mindən bir neçə dəfə az rəqəmin Paşinyanın tərəfdarı tərəfindən səslənməsinin özü də ermənilərin haqqa doğru bir addımıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti