Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi şərtləri açıqlandı

9 Yanvar 2023 21:50 Araşdırma 419
Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi şərtləri açıqlandı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi şərtləri məlum olub.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 %-dən çox olmamalı;

- kreditin müddəti 7 ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 aya qədər olmalı;

- bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 %-dən çox olmamalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti