"Çox içdim, heç nə yemədim - Messi mənə əsəbiləşdi, "bəsdir" dedi”

5 Yanvar 2023 01:40 Araşdırma 660
"Çox içdim, heç nə yemədim - Messi mənə əsəbiləşdi, "bəsdir" dedi”

Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Serxio Aqueroya içkini tərgitməsi ilə bağlı xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, Aquero millinin DÇ-2022-nin qalibi olmasını içki içməklə qeyd edib.

Messi bu duruma əsəbiləşərək Aqueroya xəbərdarlıq edib. Lakin keçmiş oyunçu Messinin məsləhətlərini dinləməyib.

Aquero bu mövzuda "Tvich"a danışarkən deyib:

"Çox içmişdim. Amma heç nə yemirdim. Dünya çempionluğunu qazandıq. Mənə bir şey olacaqdısa, orada olmalı idi.

Lionel mənə əsəbiləşdi və "bəsdir" dedi. Necə dayanım? Çempion olmuşduq və çox xoşbəxt idim".

Aquero 2006-2021-ci illərdə Argentina yığmasında oynayıb. O, ötən il səhhətindəki problemlərə görə karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?