Qurban Qurbanovun yaxından maraqlandığı "Top-500"

1 Yanvar 2023 09:00 Araşdırma 858
Qurban Qurbanovun yaxından maraqlandığı "Top-500"

Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

İlk “üçlük”də Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?