Yeni baş məşqçini CV vasitəsilə seçəcək - Azərbaycan millisinin rəqibi

16 Dekabr 2022 01:00 Araşdırma 625
Yeni baş məşqçini CV vasitəsilə seçəcək - Azərbaycan millisinin rəqibi

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belçikanın yeni baş məşqçisi CV vasitəsilə seçiləcək.

Sportinfo.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası artıq bununla bağlı rəsmi saytda elan verib.

Bildirilib ki, Roberto Martinesin xələfi hazırkı məşqçilər heyəti ilə işləməli və yığmanı yeni uğurlara aparmalıdır. Bundan başqa, yeni baş məşqçi ilə bağlı əlavə kriteriyalar da tələb kimi qoyulub.

Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti