Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ

14 Dekabr 2022 15:30 Araşdırma 693
Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-7° isti, gündüz 8-11° isti olacağı proqnozlaşdırılır. Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var.

Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti