Azərbaycan futbolunda son 6 mövsümün… Qeydə alındı

10 Dekabr 2022 13:40 Araşdırma 598
Azərbaycan futbolunda son 6 mövsümün… Qeydə alındı

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, son 6 mövsümün rekordudur.

1/4 finalın ilk matçlarında daha çox qolun qeydə alınması sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub.

Bu qarşılaşmalar üçün mütləq rekord 2006/2007 mövsümündə gerçəkləşib. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol qeydə alınıb.

Ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!