Səudiyyəli oyunçunun qoldan sonra Messiyə nə dediyi məlum oldu - VİDEO+FOTO

24 Noyabr 02:50 Araşdırma 2 026
Səudiyyəli oyunçunun qoldan sonra Messiyə nə dediyi məlum oldu - VİDEO+FOTO

Argentina DÇ-2022-nin ilk oyununda gözlənilmədən məğlubiyyət yaşayıb.

Qalib olan Səudiyyə Ərəbistanı futbolçuları isə xoşbəxtlikdən və özlərinə olan inamdan o qədər başlarını itiriblər ki, hətta Messini qıcıqlandırmağa da imkan tapıblar.

Ən azından bir oyunçunun - müdafiəçi Əli Əl-Bulayhinin davranışı bunu deməyə əsas verir.

Oyunun yayımı zamanı Səudiyyə Ərəbistanının ikinci qolundan dərhal sonra yaşanan epizod diqqət çəkib.

Videoda əks olunan görüntülərdə Əl-Bulayhi meydanda Leonu tapır, ona yaxınlaşır, ərklə kürəyinə vurur və sonra nəsə danışmağa başlayır.

Həmin anın görüntüləri isə sosial şəbəkələrdə gündəm olub. Çünki Messiyə qarşı belə münasibət rast gəlinən hal deyil.

Təbii ki, oyundan sonra jurnalistlər Əl Bulayhidən argentinalı kapitana nə dediyini soruşublar.

Məlum olub ki, o, həqiqətən də Messini qıcıqlandırmaq istəyib. “Mənə bax, siz qalib gəlməyəcəksiniz! Siz qalib gəlməyəcəksiniz!”, - deyə o Messinin qarşısında öyünüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar