“İnfrastruktur olaraq hər şey yaxşı vəziyyətdədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev deyib.
Arenanın hazırkı durumu barədə danışan müsahib qeyd edib ki, oyun olsun-olmasın, burada ot örtüyündən tutmuş, digər bütün avadanlıqlara mütəmadi qulluq edilir.
Sitat: “Bilirsiz ki, hazırda Bakıda isti hava şəraiti hökm sürməkdədir və bu da ot örtüyünün yaşıl qalmasına mənfi təsir edir.
Lakin bizdə ot örtüyünün hibrid texnologiya ilə quraşdırılmasını və bir neçə gündür xüsusi sərinkeşlə havalandırılması səbəbindən çətinlik çəkmirik”.

